Red Bull Paper Wings Qaydaları

RED BULL PAPER WINGS YARIŞININ BEYNƏLXALQ QAYDALARI

Dünyada mövcud rekordların tanınması Beynəlxalq Təyyarələr Assosiasiyası (BTA) tərəfindən işlənib hazırlanmış beynəlxalq qaydalara və Dünya Qineslər Rekordunun normalarına uyğun olaraq həyata keçirilməlidir. Bütün dünyada olan nəticələrin müqayisə edilə bilməsi üçün Red Bull Paper Wings-ın rəsmi qaydalarına riayət edilməlidir.

Ən uzun məsafə

Ən çox havada qalma vaxtı

Aerobatik fəndlər

Bu qaydalar ədalətli yarışı təmin etmək məqsədilə qaydalara riayət edilməsinə görə məsuliyyət daşıyan uçuş direktoru tərəfindən təsdiq edilir və rəsmi olaraq elan edilməlidir. Suallar və mübahisələr müvafiq iştirakçı tərəfindən uçuş direktoruna çatdırılacaq və uçuş direktorun qərarına əsasən həmin iştirakçı yenidən çıxış edə bilər.