Red Bull Paper Wings 2015

Dekabr ayında dünyada hava nəqliyyatının intensivliyi kəskin artacaq, çünki dünyanın ən yaxşı pilotların bəziləri 2015-ci ilin may ayında Flying Bulls-un evi olan Avstriyanın Zaltsburq şəhərində möhtəşəm Hangar–7 sərgi mərkəzində keçiriləcək “Red Bull Paper Wings” Dünya Finallarında iştirak hüququnu qazanmaq üçün yüzlərlə milli seçmə mərhələlərində öz aralarında mübarizə aparacaq.

ZALTSBURQ (Avstriya) – Pilot kabinələri, təyyarə mühərriki və kerosinin şirin iyini unudun. Bütün lazım olan avadanlıq adi kağız parçasıdır. Lakin, uğur resepti həm də müstəsna qatlama qabiliyyəti, habelə yaradıcılığın, təsəvvürün və pilotaj qaydalarının əsasları haqqında biliyin olmasını tələb edir.

Özüöyrənən on minlərlə təyyarəçi dünyanın ən beynəlxalq tədbirlərindən birində və ən yüksək kağız təyyarələri yarışında dörd kontinentdən və 80-dən artıq ölkədən öz qeyri-adi bacarıqlarını sınaqdan keçirəcək.

Seçmə mərhələləri artıq 1 dekabrdan başlayıb. 4-cü “Red Bull Paper Wings” yarışında təyyarəçilər öz məharətlərini göstərəcəklər və qaliblər öz əsərlərini Hangar-7 sərgi salonunda keçiriləcək Dünya Finallarında ən heyranedici uçan maşınlarla yarışdıracaq.

Ordenlərlə təltif edilmiş münsiflər heyəti ən yüksək aerobatik fəndlərə görə qalibləri seçəcək. Və bu qaliblər ən uzun məsafə və ən çox havada qalma qalibləri ilə birgə 9 may finallarında iştirak edəcəklər.

Qatlayıb, kalibrasiya edib və aerodinamikanı yoxlayandan sonra təyyarənizi rekordlar kitabında yer tutmaq üçün buraxa bilərsiniz. 2012-ci ildə 83 ölkədən 37,000-dən çox şiddətli rəqiblər seçmə mərhələlərində iştirak edib və 2012-ci ildə ən çox havada qalma vaxtı ilə (10.68 saniyə) qalib gələn Livandan Elie Çemalinini bu tituldan məhrum etmək istəyənlərin sayını nəzərə alsaq bu il bu rəqəmin artacağı gözlənilir.

Çexiya Respublikasından Tomas Bek 50.37 metr məsafəyə təyyarəni uçurtmaq üzrə titulun sahibidir. Keçən dəfə Rayan Nakkarato və polşalı Tomas Çodrira akrobatik fəndlər üzrə titulu paylaşıblar.

www.redbullpaperwings.com saytı vasitəsilə ölkənizin seçmə mərhələsində iştirak üçün qeydiyyatdan keçin.