HAQQINDA

HAQQINDA

HAQQINDA

RED BULL PAPER WINGS 2012 / ANQAR-7 / ZALSBURQ / AVSTRİYA

Məqsəd enmək deyİl uçmaqdır

Bütün planetin minlərlə pilotu, seçim turlarını keçmiş onlarca iştirakçı. Kağız təyyarələr Red Bull Paper Wings 2012 Dünya Çempionatının dünya finallarına çatmaq cəhdində bütün dünyada göyə qalxırlar. Finallar üç kateqoriyaya bölünür (may 2012, Anqar-7, Zalsburq, Avstriya ) - Distansiya, Uçuş vaxtı və Aerobatika. Yalnız bir xəbərdarlıq: Məqsəd enmək deyil uçmaqdır.

Üçüncü dəfə dünya çempionatı yenidən ən nadir görülən aviasiya modellərinin toplandığı məkanda olacaq. Tələbə biletləri uçuş lisenziyası kimi keçərli olan seçilmiş tələbələrin aviasiyada unudulmaz macəra şansı olacaq.

Müsabiqənin əhatəsi qısa bir zamanda iki dəfə böyüyüb. 2006-cı ildə seçim turlarını keçmiş milli iştirakçıları olar 48 ölkə var idi. Müsabiqənin ikinçi dəfə keçirilməsi zamanı iştirakçı ölkələrin sayı artıq 85-ə çatmışdır. Hazırda 85-dən çox ölkə 500 seçim turunu keçirməyə hazırdır.

Bunun üçün yalnız bir kağız parçası lazımdır. Sadə kağız parçasının (80 q/m2) əldən havaya buraxıldıqda hansı formanı aldığı ikinci dərəcəli məsələdir. Bütün yardım formaları və ya cihazlar

Vasitəçilik, misgərlik və aerodinamikanın sınaqdan keçirilməsi yeganə yerinə yetirilməli olan işlərdir. “Ən uzun məsafə" və “ən uzunmüddətli uçuş” kateqoriyalarında yardım və ya köməkçi cihazların bütün formaları qadağandır. Hobbi mühəndislərinə qayçı, kley və digər materiallardan yalnız “fəndlər” üçün istifadə etməyə icazə verilir.

Siz də havaya uçmaq istəyirsiniz? Kağız təyyarə düzəltməyin ən yaxşı üsulunu bildiyinizi düşünürsünüz? Uzun məsafə və ya ən uzunmüddətli uçuşlar üçün sağ əlinizin gücü varmı? Akrobatikanıza əlavə etmək istədiyiniz hədsiz yaradıcılıq qabiliyyətiniz varmı? Əgər varsa, o zaman...

 

Red Bull Paper Wings kateqoriyaları

Qaliblər aşağıdakı üç kateqoriyada müəyyən ediləcək, iştirakçılar bir və ya neçə kateqoriya ilə iştirak edə bilərlər.

Distansiya
Bu kateqoriyanın qalibi rəsmi Hava Məkanı daxilində qalxma və enmə nöqtələri arasında ən uzun məsafəni qət edəcək (yalnız bir vərəqdən hazırlanmış) təyyarə olacaq. Məsafə m; sm; mm/futla ölçüləcək.

Bu kateqoriyada Rəsmi Dünya Rekordçusu 63.19 m/ 207 fut 4 düym məsafəni qət etmiş Stephen Kriegerdir (ABŞ, 2003).

Uçuş Vaxtı 
Bu kateqoriyanın qalibi havada hamıdan çox müddət ərzində qalacaq (yalnız bir vərəqdən hazırlanmış) təyyarə olacaq. Nəticələr saniyənin onda bir dəqiqliyi ilə ölçüləcək.
Bu kateqoriyada Rəsmi Dünya Rekordsmeni təyyarəsi havada 27,9 saniyə hava qalmış Takuo Todadır (Yaponiya, 2009)

Aerobatika
Yaradıcılıq qabiliyyəti və stil – kağız təyyarənin havada məharətlə uçmasına nail olmaq üçün tələb olunan amillərdir.
Münsiflər heyəti qalibi aşağıdakı meyarlara əsasən müəyyən edəcək:

  • Kağız təyyarənin konstruksiyası (texniki)
  • Yaradıcılıq qabiliyyəti (incəsənət və dizayn)
  • Uçuş göstəriciləri

Xüsusi manevrlər üçün tək kateqoriya yoxdur (məs. sabit dairələr, sabit dövrələr).

Red Bull PAPER WINGS beynəlxalq seçim qaydaları

Mövcud dünya rekordları Kağız Aviasiya Assosiasiyası (KAA) tərəfindən hazırlanmış qaydalara və Ginnes Dünya Rekordları qaydalarına uyğun olaraq yenilənməkdədir. Nəticələrin dünya miqyasında müqayisə qabiliyyətinin təmin edilməsi hazırki Rəsmi Red Bull Paper Wings qaydalarına riayət edilməsini tələb edir.

Distansiya

  • Bütün müsabiqələr küləksiz bağlı yerdə keçirilməlidir.
  • Kağız təyyarələr yalnız bir kağız parçasından hazırlanmalıdır: standart A4 formatda (297x210mm), 100q/kvm-dən çox olmamalı. Vərəqin formasını yalnız qatlamaqla dəyişmək lazımdır! Kəsmək, yapışdırmaq, steplerlə bərkitmək və ya sabitləşdirmək olmaz!
  • Kağız təyyarələr rəsmi kağızla təmin edilmiş meydançada hazırlanmalıdır.
  • Təyyarə döşəmədə çəkilmiş düz buraxma xəttindən arxada köməksiz olan təyyarəni uçurdan bir şəxs tərəfindən havaya buraxılmalıdır. Buraxma xəttini keçmə cəhdin alınmaması deməkdir. Buraxma zamanı buraxma xəttinə və ya ondan kənarda olan hər hansı nöqtəyə toxunma cəhdin alınmaması deməkdir. Kağız təyyarə yerə və ya hər hansı əşya ilə toqquşduqdan sonra, Onu havaya buraxan şəxs buraxma xəttindən kənara çıxa bilər.
  • Bir iştirakçıya təyyarəni iki dəfə buraxma imkanı verilir. Müxtəlif təyyarələrdən istifadə oluna bilər, daha yaxşı göstərici hesaba alınacaq.
  • Ən uzun məsafə standart lent xətkeş ilə və ya lazer/video cihazla ölçülməlidir. Başlanma xəttindəki əsas nöqtə və kağız təyyarənin yerə və ya digər əşyaya dəydiyi ilk nöqtə ölçmə üçün həlledicidir. Nəticələr m/mm və ya futla ölçülməlidir.

Uçuş Vaxtı

  • Bütün müsabiqələr küləksiz bağlı yerdə keçirilməlidir.
  • Kağız təyyarələr yalnız bir kağız parçasından hazırlanmalıdır: standart A4 formatda (297x210mm), 100q/kvm-dən çox olmamalı. Vərəqin formasını yalnız qatlamaqla dəyişmək lazımdır! Kəsmək, yapışdırmaq, steplerlə bərkitmək və ya sabitləşdirməyə olmaz!
  • Kağız təyyarələr rəsmi kağızla təmin edilmiş meydançada hazırlanmalıdır.
  • Təyyarə məqsədəuyğun dərəcədə sabit olan vəziyyətdən köməksiz olan təyyarəni uçurdan bir şəxs tərəfindən havaya buraxılmalıdır. İştirakçının hər iki ayağı cəhd zamanı yerdə möhkəm durmalıdır.
  • Buraxmanın bir hissəsi olaraq yüyürmək və ya tez-tez yerimək, panduslardan və ya oxşar cihazlardan istifadəyə icazə yoxdur.
  • Bir iştirakçıya təyyarəni iki dəfə buraxmaq imkanı verilib. Müxtəlif təyyarələrdən istifadə oluna bilər, daha yaxşı göstərici hesaba alınacaq.
  • Kağız təyyarənin əldən çıxdığı və yerə və ya hər hansı əşyaya toxunduğu ilk anlar ölçü üçün çox vacibdir. Nəticələr saniyənin onda bir dəqiqliyi ilə ölçülür

Aerobatika

  • Bütün müsabiqələr küləksiz bağlı yerdə keçirilməlidir.
  • Təyyarənin korpusu kağızdan olmalıdır, lakin kağızın küyfiyyətinə, ölçüsünə, konstruksiya texnikasına və dəstək materialında heç bir məhdudiyyətyoxdur.
  • Təyyarənin uzaqdan idarə edilməli olması və yığılan enerjidən (batareya və s.) istifadə etməsinə icazə yoxdur
  • Hazır təyyarələr müsabiqəyə uyğunlaşdırılmalıdır.
  • Təyyarəni atma zamanı onun korpusuna məhdudiyyət qoyulmur.
  • Hər bir iştirakçıya münsiflər heyətinin qarşısında təqdimat üçün 1 dəqiqə müddət verilir.
  • Aşağıdakı meyarlar üzrə qiymətləndirmə aparılmalıdır:
    - Kağız təyyarənin konstruksiyası (texniki)
    - Yaradıcılıq qabiliyyəti (kreativlik və dizayn)
    - Uçuş göstəriciləri
  • Uçuş göstəriciləri baxımından münsiflər heyəti verdiyi qiymətləri uçuşun həyata keçirilməsi və s., diametr (dövrənin/dalğanın/dairənin), uçuşun sabitliyi və müddəti ilə əsaslandırmalıdır.
  • Münsiflər heyətinin hər bir üzvü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və ya 10 xal verməlidir. Münsiflər heyəti 3 üzvdən ibarətdir, hər bir üzv fərqli meyar üzrə qiymət verməlidir. Verilmiş xalların cəmi nəticəni təşkil edəcək.
  • Ölkəni Dünya Finalında təmsil edən ali pilotaj nümayiş etdirmiş pilot ya Ölkə üzrə Finalda və ya video onlayn səsvermədə müəyyən edilə bilər. Onlayn səsvermə sistemi tətbiq edilərsə cəmi 30 xaldan 10 xal səsvermə nəticəsində əldə edilə bilər. Qalan 20 xal, hər birinin maksimum 10 xal vermək imkanı olan münsiflər heyətinin iki üzvündən gəlir. Münsiflər heyətinin hər iki üzvü konstruksiya, yaradıcılıq qabiliyyəti və uçuş göstəricilərini qiymətləndirir.

Bu Qaydalar, ədalətli müsabiqəni təmin etmək üçün onların riayət edilməsinə görə məsuliyyət daşıyan Uçuş Direktoru tərəfindən təsdiqlənir və rəsmi olaraq bəyan edilir. Suallar və mübahisələr müvafiq iştirakçı tərəfindən təkrarlanmanı nizamlaya bilən Uçuş Direktoruna bildirildikdən sonra həll ediləcək.

 

RED BULL PAPER WINGS 2012 – DÜNYA FİİNALI – 4/5 MAY 2012 - ZALSBURQ - ANQAR-7

 

Məqsəd enmək deyil uçmaqdır. Bütün planetin minlərlə pilotu, seçimturlarını keçmiş onlarca iştirakçı. Kağız təyyarələr Red Bull Paper Wings 2011 Dünya Çempionatının dünya finallarına çatmaq cəhdində bütün dünyada havaya qalxırlar. Finallarım üç kateqoriyaya bölünür (may 2012, Anqar-7, Zalsburq, Avstriya ) - ən uzunmüddətli uçuş, ən uzun məsafə və ali pilotaj. Yalnız bir xəbərdarlıq: Məqsəd enmək deyil uçmaqdır.

 

2009 İL FİNALININ NƏTİCƏLƏRİ 

Finalın Ən Uzun Uçuş Vaxtı üzrə Nəticələri:
1. Leonard ANG (Braziliya) 11,66 san;
2. Michael KUMMER (İsveçrə) 10,60 san;
3. Gil DOTAN (İsrail) 9,95 san

Finalın Ali Pilotaj üzrə Nəticələri:
1. Takeshige Kishiura KISSHII (Yaponiya);
2. Tomasz CHODYRA (Polşa);
3. Waldemar HOFFMANN (Almaniya)/Ryan NACCARATO (ABŞ)

Finalın Ən Uzun Məsafə üzrə Nəticələri:
1. KOZLICA (Xorvatiya) 54,43 m;
2. Mike OPLAND (ABŞ) 54,30 m;
3. Dylan PARKER (Avstraliya) 40,78 m

 

Qeydiyyat

“Citius, Altius, Fortius” – Daha Tez, Daha Hündür, Daha Güclü– Olimpiya Oyunlarının şüarı ola bilər, lakin həmçinin Red Bull Paper Wings 2011-ci il Dünya Finalının şüarı ola bilər.

2011 Dünya Kağız Təyyarəsi Çempionatında qeydiyyatdan keçmək üçün milli səhifənizi yoxlayın.

Diqqət: Əgər Son Dəqiqədə Qeydiyyatdan keçmək istəsəniz, sizə uyğun gələn milli seçim turundaca keçə bilərsiniz.

back